“Artıq bir neçə gün idi ki, sosial şəbəkələrdə müxalifətçi gənclərin Ukraynadakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirəcəkləri və həmin aksiyada yüzlərlə gəncin iştirak edəcəyi bildirilirdi. Bəli, Ukraynadakı səfirliyimiz qarşısında etiraz aksiyası baş tutdu. Amma aksiya cəmi 3 nəfərdən ibarət idi”. Anar Tahirovun sözlərinə görə, bu bir daha sübut etdi ki, Ukraynada təhsil alan və yaşayan gənclərimiz yekdilliklə olkəmizdə gedən ictimai-siyasi proseslərdən razıdırlar. Onlar cənab Prezident İlham Əliyevin Azərbaycanımızın inkişafı naminə apardığı siyasəti tam dəstəkləyirlər”.