Və yalnız nağıllarda, kinolarda, xəyallarda, çayxanalarda (AzTV-ni demirəm, çünki müxalifətçilər həmin kanalı televizor aldıqları anda, elə dükandaca menyudan çıxarırlar) sözü gəzən iqtidarın “nə mənə bir şey” olduğu ömrünün sonuna qədər bəlli olmasın sənə...***Müxalifətçiliyin əlifbası da məxsusidir bizdə. “A” hərfindən tutmuş, ”I” hərfinə qədər!Sözdən qabaq cümlə qurmağı öyrənir onlar.Təyin var, zərf yoxdur. Xəbər var, mübtəda yoxdur.Vergül deyə bir işarətsə ümumiyyətlə yoxdur!Hər yerdə sadəcə nöqtə var, dayanış var, bitim var!Hətta ismin özü də bu cameədə AXCP-nin 6 halı ilə hallanır.6 yerə bölünmüş halı ilə!Ən çox işlənən cümlə üzvüysə sifətdir.Başda da, ortada da, axırda da böyük hərflə yazılan SİFƏT!***Bilmirəm, diqqət yetirmisiniz ya yox, bizim müxalifətçilərin oturuşu da spesifik olur. Onların gülüşü də, yemək menyusu da, geyim zövqü də, zarafatları da, saç düzümü də fərqlidir.Hətta bazarda bir iqtidar məmurunun aldığı armuddan belə almazlar bizim müxalifətçilər. Birdən armuda və armud satana da “yuxarılardan” təlimat verilər deyə!“Evrovision” məkanında dövr edən müxalifətçilik siyasi qol deyil, bütöv bir ideoloji cərəyandır. Şəxsi maraqların təmərküzləşməsidir, iqtidarı geninə-boluna söyə bilmək bacarığıdır, az qala günəşin də qara rəngdə olduğunu iddia etməkdir, İsa Qəmbərlə Əli Kərimlinin “gəlirəm” və ”gedirəm” monoloqlarına aludə olmaqdır.Nəhayətində isə Ruslan Bəşirli kimi “handan-hana” ayılmaqdır...Arif Hacılı kimi gecdən-gecə əsl həqiqətləri görüb məktub başlıqlarını dəyişməkdir...***Müxalifətin üzərinə getmək qorxulu deyil. Çünki 10 illər boyu apardığın qızğın rəqabətdən, söz duelindən, hətta ən təhqiramiz polemikanın ardından belə, onlarla asanca dost olmaq mümkün.Eynən Əli İnsanov, Fərhad Əliyev kimi...Gərəkən tək şərtsə, mövcud hakimiyyəti quru yuyub yaş sərməkdir. Palaz-palaz müsahibələr verib mələkləşməkdir! Cildini dəyişməkdir. Ya da üzərindəki iqtidar tükünü töküb bir kərəmlik cildsizləşməkdir!***“Xarakterimə az-çox bələd olanlar yaxşı bilirlər ki, verdiyim qərardan, söylədiyim sözdən asanlıqla imtina etmərəm”- Son müsahibələrdən birində İsa Qəmbərin “altını çizərək” söylədiyi “şedevr” cümlədir bu!Heyhat!Adam dediyi kimi də varmış...Bir anlıq, vahid namizəd məsələsində Elçibəyin başına açılan oyunları xatırladım...Dost dediyi Əli Kərimlini siyasi səhnədə tərki-silah edib Etibar Məmmədovun ümidinə qoyduğunu xatırladım...Hər seçkidən sonra kimlərəsə vurulan ” İqtidarın adamı” damğasını xatırladım...İllər uzunu az qala bütün siyasi varlığını borclu olduğu Rauf Arifoğlunun, İqbal Ağazadənin əleyhinə aparılan amansız kampaniyaları xatırladım...2010 seçkilərindən öncə verilən ”AXCP ilə birləşirik” sözünü xatırladım...Başqanlıq məsələsini xatırladım...Və mən o qədər çox şeyi xatırladım ki...***Qurultay Gürcüstanda olacaqmış.Bunun üçün bir tək ora gedəcək nümayəndələrin pasport işləmləri qalıbmış.Oradakılar dostmuş, qardaşmış...20-ci sahə mitinq keçirmək üçün uzaqkən, Gürcüstan qurultay keçirmək üçün bu qədər yaxınmış...***Mitinqdir bu gün! Haydı irəli!Döşüyün iqtidara! Sarılın, tiyəsi millətimin qanına susayan qalın saplı baltalara!Buraxın qadınları qabağa! Buraxın günahsız körpələri dəyənək dibinə, göndərin onları həbsxanalara!Sonra da adlarını ”vicdan məhbusu” qoyub, öz “təmiz” vicdanınızla gecələri rahat-rahat yatın!Bu bayraq, bu dövlət sizin deyil ki, zatən!Bu qələbə iqtidarın, məmurların, bizlərin, Əli Həsənovların, İsmayıl Ömərovların qələbəsidir.