O, müxtəlif regionlarda intim xidmətlər göstərib.
Binəqədi rayonu 7-ci polis bölməsinin əməkdaşları 2012-ci il iyul ayının 19-dan itkin düşmüş 17 yaşlı qızı tapıblar. O, bu müddət ərzində seksual təcavüzə məruz qalıb.
Bu barədə Binəqədi rayon Polis İdarəsində bildiriblər.
Əslən Ağdaş rayonundan olan Lalə Əhmədova (ad etik normalara görə dəyişdirilib) 15 yaşında itkin düşüb. Dünən polis əməkdaşları axtarış-əməliyyat tədbiri keçirərkən Laləni Mingəçevirdə tapıb və valideynlərinə qaytarıblar.
Məlumdur ki, qız fahişəliyə cəlb edilib. Azərbaycanın müxtəlif rayonlarında intim xidmətlər göstərib. Lalənin valideynləri onun evdən qaçmasının birinci dəfə olmadığını deyiblər. Amma bu dəfə qaçışı çox uzun çəkib.(Oxu.az)