MUZ TV Azərbaycan internet televiziyasının və muztv.az saytının yaranmasından 5 il ötür.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan musiqi kanalı 2012-ci il 11 may tarixindən fəaliyyətə başlayıb.
MUZ TV Azərbaycanda fəaliyyət göstərən yeganə musiqili internet televiziyasıdır. Televiziyanın yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etməkdir.
MUZ TV-nin əməkdaşlarını təbrik edirik.











































