Mövlud Çavuşoğlu NATO ölkələrinin XİN başçılarının toplantısına qatılacaq

SİYASƏT
21:34 14.05.2022
275
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sabah Berlində keçiriləcək NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi iclasına qatılacaq.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, görüş zamanı Ukrayna məsələsi başda olmaqla bir çox gündəm məsələləri müzakirə ediləcək.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında Almaniyaya səfər etdiyini yazıb.

OXŞAR XƏBƏRLƏR