“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”

“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
SİYASƏT
15:31 08.10.2026
198

Xəbər verdiyimiz kimi, Azərbaycan 2027-ci ildə Azərbaycan vəMərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcək.

Bu barədəQırğızıstan Prezidenti Sadır Japarov Avazada keçirilən Azərbaycan vəMərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə bildirib. O, Azərbaycanın sədrliyinin birgə fəaliyyətəvəqarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini qeyd edib.

Azərbaycanın bu formata sədrliyi ölkəmizin Mərkəzi Asiya dövlətləri iləəlaqələrinin daha da inkişaf etdirilməsi, iqtisadi və nəqliyyatəməkdaşlığının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, xüsusiləTürkmənistanla münasibətləri tarixi və strateji əsaslara söykənir:

"Türkmənistan-Azərbaycan münasibətləri tarixi köklərə söykənən, ortaq etnik kök vəortaq dil ənənələrindən gələn təbii müttəfiqlik vəqardaşlıq münasibətləridir. 2007-ci ildəisəTürkmənistanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması iləbu tarixi ənənələr real hüquqi müstəviyətransfer edilibdir.

Son illərdəiki dost vəqardaş ölkə arasında həm iqtisadi sahədə, həm kommunikasiya, həm dəyükdaşımaları sahəsində münasibətlər daha da intensivləşib, daha dinamik xarakter alıb”.

Deputatın sözlərinəgörə, Transxəzər marşrutunun inkişafı Azərbaycan-Türkmənistan münasibətlərinə yeni imkanlar açıb:

"Hazırkı mərhələdəAzərbaycanın yaratdığı yeni reallıqlar kontekstində Transxəzər marşrutunun, Transxəzər marşrutu ərazisinin ortaya çıxması ilə Türkmənistan-Azərbaycan münasibətləri yeni, daha dinamik vədaha böyük potensiala malik imkanlar əldə edib.

Azərbaycan Prezidenti vəTürkmənistan Prezidenti, eyni zamanda Türkmənistanın milli lideri, Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında xoş münasibətlər var. Ölkənin milli lideri işğaldan azad olunmuş ərazilərimizdə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinə töhfə verib”.

 

 


H. Babaoğlu qeyd edib ki, iki ölkəarasında münasibətlər yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır:

"Azərbaycan daima Türkmənistanda humanitar vəmədəni layihələrin keçirilməsində yaxından iştirak edir. Hətta 2026-cı ilin yanvar ayında Türkmənistanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Bundan öncə isəAzərbaycanda Türkmənistan mədəniyyəti günləri təşkil olunub.

Ona görə dəbu münasibətlər həm mədəni-humanitar, həm sosial, həm dəiqtisadi sahədə getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayıb”.

Deputat iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında BirgəKomissiyanın fəaliyyətinin də mühüm rol oynadığını bildirib:

"İki ölkəarasında birgəkomissiya fəaliyyət göstərir və bu komissiya vaxtaşırı iclaslar keçirərəkəlaqələrimizin daha da dərinləşdirilməsi üçün mümkün ideyaları layihələrə çevirərək həyata keçirir.

Türkmənistan-Azərbaycan arasında yükdaşımaların həcmi artıq 2,5 milyon rəqəmini arxada qoyub. 2025-ci ildəbu, özlüyündəmühüm iqtisadi göstəricidir. Amma bu, iki ölkəarasında iqtisadi münasibətlərin tam potensialı deyil”.

H. Babaoğlunun sözlərinə görə, qarşıdakı dövrdəTürkmənistanın Azərbaycan üzərindən Avropa və Türkiyə bazarlarına çıxışı üçün yeni imkanlar yarana bilər:

"Önümüzdəki mərhələdəTürkmənistanın Azərbaycan üzərindən Avropaya və ya Türkiyəyəçıxması üçün dəyeni imkanlar yaranıb. Bu məsələlər həm qardaş ölkə, həm dəAzərbaycan üçün xüsusi aktuallıq kəsb edir.

Eyni zamanda, Türkmənistanla Azərbaycanın əməkdaşlığı müxtəlif regional vəbeynəlxalq təşkilatlar çərçivəsində dəgetdikcədərinləşib. Burada Orta Asiya Dövlət Başçılarının Məşvərət Görüşünü, Türk Dövlətləri Təşkilatını, TÜRKSOY-u, Qoşulmama Hərəkatını vədigər beynəlxalq təşkilatları qeyd etmək olar.

İki ölkə bu platformalarda daim ortaq mövqedən vəortaq mənafedən çıxışedərək xalqlarımızın ümumi rifahı üçün mütərəqqi qərarların qəbul edilməsinə töhfə verir”.

Deputat hesab edir ki, Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq:

"Azərbaycan Prezidentinin Türkmənistana səfərində isəmünasibətlərin yeni mərhələyədaxil olması gözlənilir. Çünki Türkmənistan həm dəbizim Xəzəryanı ölkələrlə olan əlaqələrimizdə mühüm qonşu ölkədir.

Xəzər dənizində bəzi mərkəzlərin yaratdığı su ərazisi mübahisələrinə Türkmənistan və Azərbaycan qardaşcasına son qoymağı bacarıb. Bu da münasibətlərimizin tamamiləyeni keyfiyyət mərhələsinə gəlib çıxmasına səbəb olub”.

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR