Baş nazir Rəcəb Tayyib Ərdoğanın "uçube" (əcaib) adlandırdığı 24.5 metrlik heykəlin son iki hissəsi sökülüb. Qeyd edək ki, hal-hazırda heykəlin torpağın altında qalan beton bünövrəsi sökülür. Podratçı firma bu işin 24 iyuna qədər başa çatacağını deyib.
Xatırladaq ki, "İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılmışdı. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmamışdı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə, tarixi-memarlıq üslubuna zidd olan tikililərin sökülməli olduğunu demişdi. O, məlum abidənin “ucube” (əcaib) olduğunu bəyan etmişdi.