‘Nabran Holiday Village’dəki faciə yerindən görüntülər- VİDEO

‘Nabran Holiday Village’dəki faciə yerindən görüntülər-  VİDEO
Bütün Xəbərlər
17:30 25.07.2013
13935

İki yaşlı uşağın ayağının kəsilməsinə səbəb olan faciə ilə bağlı həbs olunan yoxdur.

İyulun 21-də Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village”də baş verən faciədən sonra ilk dəfə sözügedən istirahət mərkəzinin video kadrları yayılıb. “Qafqazinfo” xəbər verir ki, bütün ölkədə əsas müzakirə mövzusuna çevrilən dəhşətli hadisədən sonra istirahət mərkəzinin lisenziyası ləğv edilsə də, hələ ki, iki yaşlı uşağın ayağının kəsilməsinə səbəb olan faciə ilə bağlı həbs olunan yoxdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanan cinayət işi üzrə saxlanılan olub-olmadığı haqda heç bir məlumat verilmir.

Zərərçəkən 2 yaşlı İmranın bütün xərclərini ölkə prezidenti İlham Əliyev tərəfindən qarşılanıb. Onun Almaniyada müalicə olunacağı gözlənilir.

Bütün ölkəni şoka salan bu hadisədən sonra istirahət mərkəzləri ilə bağlı mövzu ciddi müzakirə olunur. Demək olar ki, son üç gündə bütün sosial şəbəkələrdə və mediada bu mövzudan danışılır. İstirahət mərkəzlərinə qarşı tələblərin sərtləşdirilməsi təklif edilir.

OXŞAR XƏBƏRLƏR