Nabranda film kimi olay

SOSİAL
14:34 24.08.2016
3524
Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.
Məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb.
F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat Şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan "Report"a bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.
///report
OXŞAR XƏBƏRLƏR