Nadir Şəfiyev: “Aparıcıların yetişdirilməsinə böyük ehtiyac var"

Nadir Şəfiyev: “Aparıcıların yetişdirilməsinə böyük ehtiyac var"
MEDİA
00:27 06.10.2015
2667

“Ümumiyyətlə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən lazımi tədbirlərin aparılmasına, efirlərin təmizlənməsinə çoxdan ehtiyac var. Biz həmişə demişik ki, televiziya cəmiyyətimizin güzgüsüdür. Amma mən düşünmürəm ki, bu gün televiziyamızda yayımlanan bəzi verlişlər doğurdan da bizim cəmiyyətimizin güzgüsü ola bilər”. Bunu SİA-ya "Türkel" TV-nin (TTV) baş direktoru Nadir Şəfiyev Milli Televiziya və Radio Şurasının (MTRŞ) televizayalarda apardığı təmizləmə təkliflərinə münasibət bildirərkən deyib.

Baş direktorun sözlərinə görə, Azərbaycançılıqdan, milli mentalitetdən uzaq insanların efirə çıxarılması və onları Azərbaycan cəmiyyətinin siması kimi göstərilməsi, məişətdə, ayrı-ayrı ailələrdə baş verən problemi sona kimi araşdırmadan efirə vermək düzgün deyil: “Ümumiyyətlə elə şeylər var ki, onun qarşısının deklorativ şəkildə alınması çətindir. Bu gün peşəkar mütəxəssislərin, aparıcıların yetişdirilməsinə çox böyük ehtiyac var. Çünki bəzi naşı adamlar (sənət adamları, eləcə də başqa sahələrlə məşğul olanları) aparıcı kimi təqdim olunur və efirə buraxılır. Efirə çıxan adam heç bir ləhcə ilə danışmamalıdır. O şəxs sırf ədəbi Azərbaycan dilində danışmalıdır ki, efirə baxan insanlar da həmin şəxslərdən-aparıcılardan təmiz Azərbaycan dilində danışmağı öyrənsinlər”.

OXŞAR XƏBƏRLƏR