Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib - FOTO

SOSİAL
14:44 05.08.2020
3645
Naftalan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, ŞİHB aparatının, institutun nümayəndələri və Naftalanda fəaliyyət göstərən sanator-kurort müəssisələrinin rəhbərləri iştirak ediblər.

Şəhər rəhbəri tədbiri açaraq iştirakçıları salamlayıb, şəhərin mövcud turizm potensialı barədə onlara ətraflı məlumat verərək vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənmiş və müasir müalicə-istirahət mərkəzləri istifadəyə verilmişdir. Bunun nəticəsidir ki, son illər Naftalana yerli turistlərlə bərabər xarici ölkələrdən müalicə və istirahət məqsədilə gələnlərin sayı xeyli artmışdır. V.Novruzov Naftalan neftinin beynəlxalq sertifkatlaşdırmadan keçməsi üçün atılan ilk addımların vacibliyini bildirərək aparılacaq müzakirələrin, veriləcək təkliflərin Naftalan kurortunun gələcək inkişafı baxımından müsbət və faydalı olacağını diqqətə çatdırıb. Həmçinin bunun müalicəvi neftin daha geniş miqyasda tanınmasına və Naftalana uzaq xaricdən turist axınına təkan verəcəyini bildirib.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev mövzu ilə bağlı çıxış edərək Naftalan neftinin sertifkatlaşdırması sahəsində atılan addımları yüksək qiymətləndirib. Baş direktor məlumat verib ki, hamının bildiyi kimi, Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir və müalicəvi əhəmiyyətinə görə dünyanın hər yerində məşhurdur. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzlərinə turist axını davamlı olaraq artır. Bununla əlaqədar olaraq ölkə başçısı cənab İlham Əliyev müvafiq qurumlara ölkədə ixtisaslaşmış turizm sənayesinin, xüsusi ilə sağlamlıq turizminin inkişafına xüsusi diqqət yetirməyə göstəriş verib.
 
Standartlaşdırma üzrə Milli qurum olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi də ölkədə tibbi turizmi inkişaf etdirməkdən və ölkəyə müalicə üçün gələn turistlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdən ibarətdir. Bununla əlaqədar olaraq tərəfimizdən Naftalan şəhəri ərazisindəki tibb, balneoterapiya və kosmetologiya sahəsində geniş istifadə edilən müalicəvi Naftalan neftinə dair normativ sənədin işlənib hazırlanması bu günün tələbi olaraq çox mühüm məsələrdəndir.

Daha sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib, AZS və İSO sertifkatının alınması üçün atılacaq növbəti addımlar müəyyənləşib.
 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet