Naftalan sakinlərinin rahatlığı təmin edilir - FOTOLAR

SOSİAL
14:46 25.09.2020
272

Ölkəmizin sağlamlıq turizminin əsas mərkəzlərindən olan və unikal müalicəvi əhəmiyyətli neftinə görə dünyada böyük şöhrət qazanmış Naftalanda sakinlərin və turistlərin rahatlığının təmin olunması üçün son illər şəhərin bütün infrastrukturunun inkişafına diqqət daha da artırılmışdır.

Rayon İH-dən AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir. Çoxmərtəbəli yaşayış binalarının bloklarında təmir işləri aparılıb, parklarda yeni pilot layihə-alternativ enerji mənbələrindən istifadə edilərək yeni işıqlandırma sistemi quraşdırlıb.

Hazırda sakinlərin istək və maraqları nəzərə alınaraq çoxmənzilli binaların qarşısında sakinlərin istrahəti üçün yeni oturacaqlar qoyulur.

Bununla yanaşı şəhər ərazisində məişət tullantılarının vaxtında daşınması, tullantı meydançası ətrafının və zibil konteynerlərinin təmiz saxlanılması, sanitar qaydalara uyğun təmizliyi ciddi nəzarətdə saxlanılır. Hazırda zibil konteynerlərinin yerləşdiyi tullantı meydançasının divarları təmir olunur və rənglənmə işləri həyata keçirilir. Mərkəzi küçələrin yol kənarlarındakı köhnəlmiş zibil qutuları yeniləri ilə əvəz olunur.

Naftalan şəhərində davamlı olaraq həyata keçirilən tikinti-quruculuq, təmizliklayihələri sakinlərimizin problemlərinin həllinə, onların rahatlığına yönəlib.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"

19:53 30.10.2020

Almaniyanın DW nəşrinin müxbiri Mnatsakanyana: “Regionda təxribatlarla məşğul olduğunuzu etiraf edirsinizmi?”

19:33 30.10.2020

İzmirdə ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb

19:12 30.10.2020

Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

19:09 30.10.2020

"Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"

18:51 30.10.2020

Ermənistan döyüşə dustaqları göndərir

18:45 30.10.2020

FHN: Goranboyda meşədə başlayan yanğın söndürülüb

18:28 30.10.2020

Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib - FOTO

18:18 30.10.2020

İzmirdə dəhşətli zəlzələnin ilkin nəticələri: dörd ölü, yüzdən çox yaralı var

18:02 30.10.2020

XİN başçısı: “İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi”

17:50 30.10.2020

İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi: "Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"

17:35 30.10.2020

İzmirdə zəlzələ canlı efirə düşdü - VİDEO

17:34 30.10.2020

Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi

17:23 30.10.2020

Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı

17:21 30.10.2020

Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib - VİDEO

17:16 30.10.2020

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb