Xalq artisti İlham Namiq Kamal şamaxılıları aşağılayıb? - Özündən açıqlama

Xalq artisti İlham Namiq Kamal şamaxılıları aşağılayıb? - Özündən açıqlama
MƏDƏNİYYƏT
15:07 05.08.2026
1049
Xalq artisti İlham Namiq Kamalın adından sosial şəbəkədə Şamaxının Mədrəsə qəsəbəsi ilə bağlı paylaşım edilməsi müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, sözügedən paylaşımda "Şamaxının Mədrəsə qəsəbəsində oldum. Zibilin və mal təzəyinin üfunətli iyindən yaşamaq mümkün deyil. Utanın, ay Şamaxı camaatı" ifadələri yer alıb.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalarla qarşılanıb.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən xalq artisti İlham Namiq Kamal  həmin paylaşımdan xəbərinin olmadığını deyib.

"Hazırda Bakıda deyiləm. Paylaşımdan xəbərim yoxdur".
 
Bəs bu paylaşımı sizin adınızdan kim edib sualına isə xalq artisti belə cavab: "Mən bilmirəm kim edib". 
 
Günel Hüseynli
 

 


 

OXŞAR XƏBƏRLƏR