Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirilib - FOTOLAR

Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirilib - FOTOLAR
SOSİAL
15:59 05.06.2025
670

Konstitusiya və Suverenlik İli, "İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman aparatı, Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu” mövzusunda tədbir təşkil olunub.

 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Ombudsman Səbinə Əliyeva, ŞİH-nin başçısı Vüqar Novruzov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.


İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsini ehtiramla yad ediblər.


Hüquq Mühafizə Orqanlarının rəhbərləri ilə birgə Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əsk etdirən foto stendlərə baxış keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Konstitusiya və Suverenlik İli çərçivəsində bu tədbirlərin keçirilməsinin bir daha ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva bildirmişdir ki, Azərbaycanın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyun tarixindən sonra Ümummilli Liderin rəhbərliyi ilə milli qanunvericilik bazası formalaşdırılmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulmuş, insan hüquqları, o cümlədən həssas əhali qruplarının sosial-hüquqi müdafiəsi təmin edilmişdir.


Daha sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov "İnsan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqində Ombudsmanın rolu ” mövzusunda, İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdir müavini Aynur xanım Həmidova, Bərabərlik hüququnun təmin edilməsi sektorunun müdiri Cavidan Qorçiyev "Bərabərlik hüququ və ayrı–seçkiliyin qarşısının alınması. İnsan hüquqları kontekstində əsas prinsiplər” üzrə təqdimat təqdim ediblər.

 

 

Sonda mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi