Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir

Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir
SOSİAL
12:39 07.07.2020
719
Naftalan Şəhər İcra Hakimiyyətinin və Polis şöbəsinin birgə təşkilatçılığı ilə şəhər ərazisində vaxtaşırı reydlər keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunur, barələrində protokollar tərtib edilərək cərimələnirlər.

Bu çərçivədə növbəti reyd Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində aparılıb. 

Reyd zamanı karantin rejimi qaydalarını pozduğuna görə 1 obyekt sahibinə qanuna müvafiq qaydada  protokol tərtib edilərək cərimə tətbiq olunmuşdur.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.
.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR