Nalçikdə Müsəlmanların Dini İdarəsinin sədri öldürülüb

Bütün Xəbərlər
21:06 15.12.2010
1715

Bu gün axşam saatlarında Kabardin-Balkar Respublikasının Müsəlmanların Dini İdarəsinin sədrini qətlə yetiriblər. Anas Pşixaçev axşam saatlarında Nalçikdə naməlum şəxslərin açdığı atəş nəticəsində öldürülüb. Bu barədə Kabardin-Balkar Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib. 

"Moskva vaxtı ilə təxminən 19.30 radələrində naməlum şəxslər Nalçikdə KBR-in Müsəlman Dini İdarəsinin sədri Anas Pşixaçev qətlə yetirib”,- deyə respublikanın Daxili İşlər Nazirliyininin təmsilçisi bildirib. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR