Namaz qılmaq rəsmən qadağan olundu

DÜNYA
13:46 12.12.2014
2855

AZXEBER.COM xəbər verir ki1 yanvar 2015-ci ildən etibarən Çin hökuməti tərəfindən ölkədə iş yerlərində, rəsmi təşkilatlarda, təhsil ocaqlarında namaz qılınması qadağan ediləcək.

Bundan başqa hökumət dini geyimlərdə bu müəssiələrə gəlməyi də qadağan edir.

Qanuna əsasən, dövlət müəssisələrində, o cümlədən, Çinin qərbində yerləşən Sincan rayonunun məktəb və ofislərində namaz qılmaq, dini ayinləri həyata keçirmək qadağan olunacaq.

Yeni qanunvericiliyin tələblərinə əsasən dini ayinlər yalnız məscid kimi xüsusi yerlərdə həyata keçirilə bilər. Bundan əlavə, hər hansı bir dini təbliğ edən geyimlərdən də isifadə qadağan olunur.

Qanuna tabe olmayan şəxslərə pul və həbs cəzası veriləcək. Həmçinin qanun internetdə dini paylaşım edənlərə də pul cəzasnın tətbiq ediləcəyini irəli sürür.

Xatırladaq ki, Çin ölkə ərazisində yaşayan müsəlmanların Həccə getməsini və oruc tutmağını da qadağan edib.

Azxeber.com

OXŞAR XƏBƏRLƏR