Naməlum avtomobil 76 yaşlı ahıl kişini vurdu

Naməlum avtomobil 76 yaşlı ahıl kişini vurdu
Bütün Xəbərlər
15:51 18.04.2013
947

Zaqatalada 76 yaşlı Telman Qaraəhmədovu maşın vurub.

AZXEBER.COM-un Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 43, mənzil 9-da yaşayan T.Qaraəhmədov bu gecə Zaqatala şəhəri, Azərbaycan prospekti, 39 saylı evin qarşısında hələ ki istintaqa məlum olmayan avtomobil tərəfindən vurulub.Hadisədən gec xəbər tutulmasına baxmayaraq T.Qaraəhmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər ahıl kişinin hadisə yerində öldüyünü bildiriblər.Hazırda Zaqatala Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanıb. Hadisə yerini tərk edən sürücünün tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

OXŞAR XƏBƏRLƏR