13:45 Bazar Günü, 26 Yanvar 2020
DÜNYA

Naməlum qadın toyda şok yaratdı: “Toyu dayandırın! O mən olmalıydım”

15:32, 10.12.20197862
Naməlum qadın toyda şok yaratdı: “Toyu dayandırın! O mən olmalıydım”
Britaniyanın Aberder şəhərində gəlinlik paltarında olan naməlum qadın toy mərasiminə gələn qonaqları şoka salıb. Bu barədə "Wales Online” saytı xəbər verib.

"Toyu dayandırın! O mən olmalıydım”, - deyə naməlum qadın qışqırıb. Bu sözləri dedikdən sonra o, bəyə tərəf qaçıb əlindəki gül dəstəsi ilə onu vurmağa başlayıb.

Sonradan məlum olub ki, naməlum qadın Uelsdən olan məşhur komik Canuari Rizdir. O, gəlinin rəfiqəsinin tanışı olub və belə bir kiçik zarafatda iştirak etməyə razılıq verib. Bütün iştirakçılardan yalnız Dj-in bundan xəbəri olub.
 
///oxu.az
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ