İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi - Video

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi - Video
HADİSƏ
10:16 26.06.2026
184
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşların itkin düşməsu barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.

Qeyd edək ki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.
OXŞAR XƏBƏRLƏR