Namiq Əsədov: “Bakı Marafonu 2016” həyatımda böyük dəyişikliklərə səbəb oldu”

Namiq Əsədov: “Bakı Marafonu 2016” həyatımda böyük dəyişikliklərə səbəb oldu”
İDMAN
11:43 11.04.2017
1088
"Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində "Bakı Marafonunun İnsanları" layihəsinə start verilib. "Report”un məlumatına görə, "Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə reallaşan layihənin ilk qonağı "Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov olub.

Gənc atlet video-müsahibəsində "Bakı Marafonu 2016”da qalib gəlməsi ilə bağlı təəssüratlarını bölüşüb. N.Əsədov marafonun onun həyatını dəyişdiyini söyləyib: "Marafonun son 3 kilometri qurtarmaq bilmirdi. Bu hissəni çox çətin və keçilməz yol adlandırardım. Özümə "döz-döz” deyə-deyə qaçırdım. Yaxşı ki, Pedro yanımda idi. O, hər çətin vaxtımda "Go-Go” söyləyib, məni çağırırdı. Bütün həyatımı göz önünə alırdım ki, bu finişdən sonra məni nələr gözləyir. Finişdən sonrakını düşünərək, axıra qədər gəlib çatdım. Yarışda qələbə qazanaraq, həyatımı dəyişmək fikrində idim. Buna inanırdım və bu da mənə böyük motivasiya verirdi”.

"Bakı Marafonu 2017”yə qatılmaq istəyənlərə həftənin şənbə və bazar günləri məşqlər keçən atlet qalib olmaq üçün dözüm və səbr tələb olunduğunu vurğulayıb. O, qaçışın həm fiziki, həm də mənəvi cəhətdən istirahət olduğunu bildirib: "Qaçış yolunda insanın ən böyük rəqibi özüdür. Özünə qalib gəldikdə rəqiblərinə də qalib gəlmək mümkündür. Bunun üçün dözmək və səbr lazımdır. Qaçışı sevirəm. Qaçan zaman təkcə fiziki yox, həm də mənəvi cəhətdən istirahət edirəm. Ruhən özümü yüngül hiss etdiyim üçün qaçıram. "Bakı Marafonu 2016” həyatımda böyük dəyişikliklərə səbəb oldu. Bu dəyişiklilərdən sonra mənə yaxınlaşanların sayı çoxaldı. Bunun nəticəsidir ki, "Bakı Marafonu 2017”də iştirak etmək istəyənlərin məşqçisiyəm. Nəinki sürətliyəm, işimi də sürətli etməyə çalışıram”.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər ƏliyevFondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mosul hava limanı 11 ildən sonra fəaliyyətini bərpa edir
19:14 16.07.2025
Mosul hava limanı 11 ildən sonra fəaliyyətini bərpa edir
"Real" müdafiəçisi ilə yolları ayırıb
19:00 16.07.2025
"Real" müdafiəçisi ilə yolları ayırıb
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
18:48 16.07.2025
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
18:34 16.07.2025
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
18:21 16.07.2025
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"