Namiq Qaraçuxurlu açıqlama yaydı: "Adımdan dələduzluq edirlər"

Namiq Qaraçuxurlu açıqlama yaydı: "Adımdan dələduzluq edirlər"
MAQAZİN
15:01 05.03.2021
641
Namiq Qaraçuxurlu onun adından yayılan xəbərləri təkzib edib. 

Sənətçi bu barədə sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, bəzi restoranlar Namiqin 8 Mart günü orada çıxış edəcəyi haqda anons yayıblar:

"8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır. Heç bir konsertdə çıxış etməyəcəm. Məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə vaxt çıxış edəcəmsə, özüm açıqlayacam. Mənim üçün narahat olanlara sonsuz təşəkkürümü bildirirəm. Məncə, yaxın zamanda görüşəcəyik. Amma o zaman, bu zaman deyil".

Qeyd edək ki, Qaraçuxurlu bir müddət əvvəl yaradıcılığını dondurduğunu açıqlamışdı. O bildirib ki, buna səbəb Vətən müharibəsində şəhid olanlardır.
OXŞAR XƏBƏRLƏR