Bu günə kimi 104 dairə 259 nəfər namizədlik üçün müraciət edib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda səsləndirib. M. Pənahov bildirib ki, namizədlər tərəfindən xüsusi seçki hesablarının açılması Kapital Bankın filiallarına da müraciət etmək olar: “Bildiyimiz kimi, seçki fondlarının açılması Beynəlxalq Bankın filiallarındadır. Əgər hansısa dairənin yerləşdiyi ərazidə Beynəlxalq Bankın fəaliyyəti yoxdursa, həmin yerdə Kapital Bankın fiallarından istifadə edilsin. Bu barədə Mərkəzi Bankın rəhbərliyinə müraciət edəcəyik”
Bundan əlavə, sədr qeyd edib ki, MSK hazırda 4 istiqamət üzrə “Yaddaş kitabçası” nın hazırlanması üzərində iş aparır: “ Bunlar namizədlər üçün yaddaş kitabçası, müşçahidəçilər üçün yaddaş kitabçası, polis əməkdaşları üçün yaddaş kitabçası, seçki günü üçün yaddaş kitabçaları dır. İmza vərəqələrinə gəlincə isə, bir namizəd üçün imza vərəqəsinin sayı 9 ədəd nəzərdə tutulub. Əgər namizəd tərəfindən əsaslandırma olarsa, vərəqələrin sayını 11-ə çatdıra bilərik. Bundan əlavə, partiyalar istəsə onlara təqvim planını təqdim edə bilərik”.