Naqif Həmzəyev yenidən deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Naqif Həmzəyev yenidən deputatlığa namizəd olacaq? - AÇIQLAMA
SİYASƏT
15:22 09.07.2024
1203
"Bundan öncəki parlament seçkilərində V və VI çağırış Yeni Azərbaycan Partiyasını (YAP) Gəncə şəhərindən 38 saylı seçki dairəsindən təmsil etmişəm".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev qarşıdan gələn növbədənkənar parlament seçkilərindən danışarkən deyib.
 
Deputat bildirib ki, YAP sədri tərəfindən ona etimad göstərilərsə, seçkilərdə aktiv şəkildə iştirak edəcək:
 
"Əgər cənab Prezident İlham Əliyev - partiyamızın sədri tərəfindən mənə etimad göstərilərsə, təbii ki, mən bu seçkilərə aktiv şəkildə qatılacam və nəzərinizə çatdırım ki, ilk növbədə YAP-ın proqramının həyata keçirilməsi və cənab Prezidentin müəyyənləşdirdiyi xarici və daxili siyasətin tanıdılması, təbliğ edilməsi, yerlərdə daha geniş icrasının reallaşdırılmasıyla bağlı fəaliyyətimi aktiv şəkildə quracam. Bununla yanaşı, seçicilərimizin, vətəndaşların bizə ünvanladığı müraciətləri həmişə aidiyyati orqanlara çatdırmaq, ali tribunadan səsləndirmək və bütün bunlardan savayı, özümün də müşahidə etdiyi bir çox məsələlərin həllinə çalışacağam".
 
Millət vəkili hesab edir ki, budəfəki parlament seçkilərində də YAP qalib gələcək:
 
"İnanıram ki, budəfəki parlament seçkilərində də YAP qələbə qazanacaq. Mən öncədən seçkilərin uğurlu olmasını arzulayıram və Yeni Azərbaycan Partiyasının (YAP) bütün namizədlərinə bu seçkilərdə müvəffəqiyyətlər arzu edirəm. Yeni dövrdə, yeni parlamentin daha faydalı və məhsuldar fəaliyyət göstərəcəyinə ümidliyəm. Bu seçkinin ölkəmiz üçün xeyirli-uğurlu olmasını diləyirəm".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib