Naqif Həmzəyev: TANAP-ın işə düşməsi əməkdaşlıq, sabitlik, sürətli iqtisadi inkişaf deməkdir

Naqif Həmzəyev: TANAP-ın işə düşməsi əməkdaşlıq, sabitlik, sürətli iqtisadi inkişaf deməkdir
Siyasət
17:11 02.12.2019
3299
Azərbaycan iqtisadiyyatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması sürətli iqtisadi inkişafa zəmin yaradıb. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. "Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsinin başa çatdırılması, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin istifadəyə verilməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya qitəsi üçün mühüm tarixi hadisəyə çevrildi.

Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan layihənin Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməsi hər iki qardaş ölkənin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır.

"Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərinin istifadəyə verilməsindən sonra dörd il əvvəl təməli qoyulan nəhəng layihənin - TANAP-ın tam istifadəyə verilməsi, TAP xətti ilə birləşməsi dünya ictimaiyyətinin diqqətini Qafqaz bölgəsinə, o cümlədən Xəzər hövzəsinə yönəltdi. Trans-Anadolu təbii qaz boru kəməri və "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşməsindən yaranan xətt Azərbaycan qazını Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyaya çatmasını təmin edəcək. TANAP-ın işə düşməsi həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda ictimai nəqliyyatda qiymət 1 manat olacaq?
13:22 28.08.2025
Bakıda ictimai nəqliyyatda qiymət 1 manat olacaq?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək