“Nar” Bakıda keçirilən İnsan Resursları Forumunun tərəfdaşı oldu

“Nar” Bakıda keçirilən İnsan Resursları Forumunun tərəfdaşı oldu
Bütün Xəbərlər
15:50 16.11.2015
789
Tədbirdə iştirak edən mobil operatorun nümayəndələri beynəlxalq həmkarları ilə geniş təcrübə mübadiləsi apardı
“Nar” Bakıda keçirilən İnsan Resursları Forumunun rəsmi tərəfdaşı qismində çıxış etdi. İnsan resursları sahəsində yeniliklərin öyrənilməsi və bu sahədə təcrübənin bölüşülməsi nöqteyi-nəzərdən mühüm olan bu mötəbər forumda mobil operator mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə iştirak etdi.
“Azerfon” şirkətinin İnsan resursları departamentinin aparıcı direktoru Mətanət Babayeva ekspert qismində qatıldığı tədbirdə geniş və əhatəli təqdimatla çıxış etdi. Korporativ mədəniyyət və insan resursları mövzusunda edilən çıxış tədbir iştirakçılarının böyük marağına səbəb oldu. İnsan Resursları Forumu – 2015 beynəlxalq təcrübə və problemə yerli yanaşmanın öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli oldu.
OXŞAR XƏBƏRLƏR