“Nar” BakuTel sərgisində “Cloud” korporativ xidmətini təqdim etdi

“Nar” BakuTel sərgisində “Cloud” korporativ xidmətini təqdim etdi
Bütün Xəbərlər
19:33 02.12.2015
943

Mobil rabitə bazarında ilk dəfə olaraq məlumatların bir mərkəzdə təhlükəsiz cəmləşməsinə imkan verən “Cloud” ximdətini təqdim edildi

Nar” BakuTel-2015 21-ci beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini – innovativ məlumat bazası olan “Cloud” xidməti və 4G (LTE) yüksək sürətli internet bağlantısını təqdim etdi. Qeyd etmək lazımdır ki, “Nar” mobil operatorunun təqdim etdiyi 4G (LTE) və 3G (HSDP+) şəbəkəsindən daha da genişi ölkədə mövcud deyil.

“Cloud” Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “Nar” tərəfindən təqdim olunan təmamilə yeni bir məhsuldur. “Cloud” xidməti bütün məlumatların bir mərkəzdə cəmləşməsinə imkan verən, məlumatın təhlükəsizliyini təmin edən və sistemin davamlı mükəmməlləşməsinə şərait yaradan bir yenilikdir. Bu innovativ məlumat bazasına müxtəlif cihaz və yerlərdən qoşulmaq mümkündür. Məlumat bazasına daxil olan bütün mənbə və ya qurğular eyni fayl üzərində əməliyyat aparırlar.

BakuTel sərgisi çərçivəsində “Nar” mobil operatorunun kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə növbəti görüşü də baş tutdu. Mətbuat nümayəndələrini son nailiyyətləri ilə yaxından tanış edən “Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili “Nar” mobil operatorunun 2015-ci il ərzində keçdiyi inkişaf yolundan danışdı.

Şəbəkəsinin genişləndirilməsini hər zaman özünün başlıca prioritetlərindən biri hesab edən “Nar” cəmi 2 il ərzində şəbəkənin həcminin 2 dəfədən çox artırılmasına nail olub. LTE şəbəkəsindən istifadə etmiş abunəçilərin sayı isə 10 min nəfəri keçmişdir. Qarşıdan gələn il ərzində “Nar” LTE şəbəkəsini 1000 baza stansiyasınadək genişləndirməyi və dünyada ən sürətli naqilsiz internet bağlantısı sayılan LTE Advanced (LTE-A) texnologiyasının tətbiqini planlaşdırır. Digər bir yeniliyimiz isə Azərbaycan rabitə bazarında ilk dəfə olaraq “Nar” mobil operatorunun təqdim etdiyi “Cloud” xidmətidir. Bu xidmət sayəsində davamlı və kəsintisiz işləmə fürsəti qazanmaq, bütün prosesləri nəzarətdə saxlamaq və informasiya texnologiyalarına sərf edilən vəsaitə qənaət etmək mümkün olacaqdır”, - deyə “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili qeyd etdi.

Qeyd edək ki, “Cloud” xidməti elektron poçt, ofis proqramları, datanın təhlükəsiz saxlanması xidmətlərini təmin edir və məlumatın birgə istifadəsinə imkan yaradır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 11-də dərc olunacaq
09:07 09.08.2025
Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 11-də dərc olunacaq
Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir
09:06 09.08.2025
Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
09:04 09.08.2025
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı