Jurnalistlər artıq öz aralarında sadəcə 2 qəpiyə danışırlar
Nar Mobile media nümayəndələri üçün xüsusi olaraq yeni “NarMedia” tarif planını təqdim etməyə davam edir. Tarif planına qoşulan jurnalistlər artıq öz aralarında cəmi 2 qəpik ödəməklə danışa bilirlər.
Qeyd edək ki, yeni tarif planı bütün TV, radio və internet media nümayəndələri, habelə Mətbuat Şurasında qeydiyyatdan keçmiş qəzet və jurnalların əməkdaşları üçün açıqdır.
Xatırladaq ki, tarif planına qoşulmaq üçün jurnalistlər şirkətin “Nar Dünyası” mərkəzlərinə müraciət edib aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyət vəsiqəsi;
jurnalist fəaliyyətini təsdiq edən vəsiqə;
iş yerindən arayış (möhür, imza, ünvan, telefon ve e-poçt qeyd olunmaqla);
Mətbuat Şurasında qeydiyyat sənədi (ancaq qəzet və jurnallar üçün)
“NarMedia” paketi və “Nar Dünyası” mərkəzlərinin siyahısı barədə daha ətraflı məlumatı https://www.narmobile.az/az/private/additional/segmentbasedcampaigns/NarMediaTariff/ internet səhifəmizdən ala bilərsiniz.