“Nar Mobile” Olimpiya oyunlarının qaliblərini təbrik etdi – FOTOLAR

İQTİSADİYYAT
16:20 27.08.2012
2639

Bu gün “Nar Mobile” rəhbərliyi London Olimpiya Oyunlarında iştirak edən Azərbaycan Milli Olimpiya yığmasının qaliblərini təbrik etmək üçün, onları “Nar Mobile”ın yeni ofisində qəbul edib.

“Azerfon” şirkətindən AZXEBER.COM-a verilən məlumata görə, qalibləri təbrik edən şirkətin baş direktoru Yurgen Pitz, Azərbaycanın Olimpiya Oyunlarında qazandığı uğurların əhəmiyyətindən danışıb.   O, ölkənin bütün dünyada tanınması yolunda daha bir möhtəşəm addımın atıldığını vurğulayıb və idmançıların  bu prosesdə xüsusi töhfəsinin olduğunu alqışlayıb.    “İdmançılar ölkə tarixində növbəti şərəfli tarix yazıblar – bu dəfə 10 medal ilə olimpiyanı bitiriblər. Azərbaycan himninin səsləndirilməsi, bayrağının dalğalanması bütün Azərbaycan vətəndaşlarında və bu ölkəyə azarkeşlik edən insanlarda iftixar hissi yaradıb.   “Nar Mobile” da, öz növbəsində, Milli Olimpiya Yığmasının rəsmi Tərəfdaşı olaraq, idmançılarımızın uğurlarına sevinir və onlara növbəti 2014-cü ildə Soçidə keçiriləcək XXII qış Olimpiya oyunlarında uğurlar diləyərək yeni qələbələr arzulayır”, - o bildirib.   İdmançılar da öz növbələrində, ölkə rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan xalqına və “Nar Mobile”a minnətdarlığını bildiriblər.   “Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Biz olimpiadada iştirak etdiyimiz zaman vətənimizdən çox böyük dəstək olduğu hiss edirdik. Ölkə rəhbərliyindən tutmuş adi vətəndaşımıza kimi dəstək var.   Bizə dəstək olanlardan biridə məhz Nar Mobile şirkəti oldu. Şirkət bizə bu şəraiti yaradıb. Azərbaycan ilə əlaqə  saxlayırdıq və motivasiya əldə edirdik və bu bizi daha da ruhlandırırdı. Buna görə Nar Mobile öz dərin minnətdarlığımızı bildiririk” – deyə olimpiyaçılar söyləyib.   Görüşün sonunda idmançılara xüsusi illik balans olan nömrələr də daxil olmaqla, dəyərli hədiyyələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb