'Nar Mobile'dən gənclərə növbəti dəstək

İQTİSADİYYAT
12:03 18.05.2012
2633

Azərbaycanın ilk 3G mobil operatoru olan Nar Mobile növbəti dəfə gənclərə dəstək olub.

NarMobile-dən AZXEBER.COM-a verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN), Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilmişdir. 45 komandanın iştirakı ilə keçirilən olimpiadanın final mərhələsində müvafiq olaraq 1-ci, 2- ci, 3-cü və 4-cü yerləri tutmuş komandalar 17 may tarixində keçirilən tədbirdə Nar Mobile-ın təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

“Hər zaman ölkə təhsilinə dəstək olan Nar Mobile bu gün də gənclərə, tələbələrə öz sadiqliyini nümayiş etdirdi. Bu dəfə şirkət ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini mükafatlandırır. Bu layihədə əsas məqsədimiz gənc mütəxəssislərin gələcəkdə peşakar kadrlara çevrilməsinə dəstək olmaq və onları stimullaşdırmaqdır. Nar Mobile yarandığı gündən gənclərə və təhsilin təşviqinə yönələn layihələrə öz dəstəyini əsirgəmir. Böyük fərəh hissi ilə bildirirəm ki, Azərbaycanın çox istedadlı gəncləri var” – deyə Azerfon telekommunikasiya şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.Qeyd edək ki, Olimpiadanın final mərhələsində iştirak edən və xal toplayan komandalar içərisində iki nəfər xanım iştirakçı - Səbinə İsayeva və Tamilla Əliyeva - 25 aprel “İKT-də xanımlar” günü münasibətilə Azerfon şirkəti tərəfindən müsabiqədən kənar mükafatlandırılırlar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq