Nardaran yenə qarışdı, əhali küçələrə axışdı - FOTOLAR

Nardaran yenə qarışdı, əhali küçələrə axışdı -  FOTOLAR
Bütün Xəbərlər
11:01 01.12.2015
8724

11:01

Nardaran qəsəbəsi dörd bir tərəfdən hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Qəsəbə sakini Natiq Kərimovun Trend-ə verdiyi məluamta görə, hazırda kimsənin qəsəbədən çıxmasına icazə verilmir: "Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər var. Heç evdən çıxmağa icazə verilmir. Kənarla əlaqəmiz yoxdu, telefonlar işləmir".

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Nardaran istiqamətində bütün yolla ciddi nəzarətə götürülüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.

***

09:57 Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub. "Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib. Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".

***

09:14

Nardaran sakinləri yenidən aksiyaya başlayır.

Səhər saatlarından sakinlər Maştağa qəsəbəsindən Nardarana gedən yolu bağlayıblar.Əldə olunan məlumata görə, aksiya iştirakçıları meyitlərin qaytarılmasını tələb edir. Onların əllərində dəmir armaturlar, daş parçaları olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR