​Nardaranda növbəti dəfə silah-sursat tapılıb

​Nardaranda növbəti dəfə silah-sursat tapılıb
Bütün Xəbərlər
11:14 18.12.2015
721
Bakının Nardaran qəsəbəsində növbəti dəfə silah-sursat tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Nardaran qəsəbəsi, “Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş 1 ədəd qundağı kəsilmiş və lüləsi kəsilmiş 12 çaplı, 1 ədəd 16 çaplı, 1 ədəd nömrəsi silinmiş 12 çaplı ov tüfəngləri və 12 ədəd təyinatı üzrə ov tüfənginin patronları aşkar olunaraq götürülüb.
///Reprort
OXŞAR XƏBƏRLƏR