Nardarandakı əməliyyatın təfərrüatı - Dini simvollar yığışdırıldı, həbslər var...

Nardarandakı əməliyyatın təfərrüatı -  Dini simvollar yığışdırıldı, həbslər var...
Bütün Xəbərlər
18:16 01.12.2015
5519
Məlum olduğu kimi, bu gün Daxili İşlər Nazirliyi , Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirir.
AZXEBER.COM  xəbər verir ki, əməliyyatın məqsədi Nardaranda sabitliyi bərqərar etmək, uzun illərdir burada yuva salmış cinayətkarlardan təmizləmək, insanların rahat, təhlükəsiz yaşamaları üçün lazimi tədbirləri həyata keçirmək olub.
Bunun üçün küçə və meydanlar radikal dini simvolikalardan, ekstermistlərin qurduğu “barrikadalarından” təmizlənib.
İnsanları itaətsizliyə və müqavimət göstərməyə çağıran radikal ekstremistlər zərərsizləşdirilməsi istiqamətində lazimi addımlar atılıb. Məlum olub ki, həmin şəxslərin bir qismi gizləniblər. Hazırda onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində tədbirlər davam etdirilir.
Cinayətkarların axtarışı zamanı ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində tədbirlər görülüb, artıq bir neçə nəfər saxlanılıb.
Hazırda əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Bakının Nardaran qəsəbəsində Prezident İlham Əliyevin nəzarəti ilə xüsusi əməliyyat keçirilir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir. Xüsusi əməliyyat çərçivəsində Nardarana giriş-çıxış bağlanıb, daha sonra isə polis tərəfindən tam nəzarətə götürülüb. Bundan əlavə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardaran qəsəbəsinə gedib. Nazir müavini qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb.
OXŞAR XƏBƏRLƏR