Narkotikin təsiri altında avtomobil idarə edənlər saxlanıldı - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edənlər saxlanıldı - FOTO
SOSİAL
10:30 11.04.2026
258
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər - İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, polisi əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR