NASA Kardaşyana görə açıqlama yaydı

NASA Kardaşyana görə açıqlama yaydı
MAQAZİN
19:10 31.10.2025
235
Kim Kardaşyanın amerikalıların 1969-cu ildə Aya enməsini yalan adlandırması müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, NASA-nın icraçı rəhbəri Şon Daffi, "Kardashian ailəsi” ("The Kardashians”) şousunun yeni bölümündə Kim Kardashianın dediklərinə cavab vermək məcburiyyətində qalıb. Aktrisa Sara Polsonla söhbət zamanı Kim 1969-cu ildə amerikalıların Aya enmədiyinə inanmadığını bildirib.

Kardashian iddiasını guya astronavt Bazz Oldrinin "Aya enmə olmamışdı” sözlərini sitat gətirən bir yazıya əsaslandırıb. Bu bəyanat NASA tərəfindən dərhal təkzib olunub.

Şon Daffi sosial şəbəkə X (keçmiş Twitter) hesabında yazıb:

"Bəli, Kim Kardaşyan, biz artıq Ayda olmuşuq… Altı dəfə!”

O, həmçinin qeyd edib ki, "Artemis” Ay tədqiqat proqramı ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yenidən başladılıb və bu proqramın məqsədi Amerikanın kosmik yarışda lider mövqeyini bərpa etməkdir.

Xatırladaq ki, insan tarixində ilk Aya eniş 20 iyul 1969-cu ildə baş tutub — Neil Armstrong və Bazz Oldrin "Apollo-11” missiyası çərçivəsində Ay səthinə qədəm qoyan ilk insanlar olublar.

Sonradan yaranan konspirasiya nəzəriyyələri bu hadisənin guya səhnələşdirilmiş olduğunu iddia edirdi. Bu versiyalar Bill Kaysinqin "Biz heç vaxt Ayda olmamışıq” (1976) kitabı ilə məşhurlaşdı. "Ay saxtakarlığı” tərəfdarları fotolarda bayrağın yellənməsi, ulduzların görünməməsi və kölgələrin qəribə istiqamətdə düşməsi kimi detallara istinad edirdilər.

Lakin tanınmış astrofizik Nil Degrass Tayson dəfələrlə bu iddiaları rədd edib və bildirib ki, Aya enişi saxtalaşdırmaq, həqiqətən oraya getməkdən daha çətin olardı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək