NATO baş katibi: «Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlığa çox böyük önəm veririk»

Bütün Xəbərlər
22:02 19.11.2010
1847

 

 

Cənubi Qafqaz ölkələri, xüsusi ilə də Azərbaycanın NATO ilə əməkdaşlığına dair sualı cavablandıran baş katib, bu əməkdaşlığın olduqca səmərəli və yüksək olduğunu bildirib.

«Bizim Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə aramızdakı tərəfdaşlıq bu gün qəbul etdiyimiz yeni strateji konsepsiyamızda da əks olunub və biz bu müddəada aramızda indiyə kimi mövcud olan tərəfdaşlığımızı daha da gücləndirməyi və yeni bir tərəfdaşlıq proqramını da inkişaf etdirmək arzusunda olduğumuzu çox aydın şəkildə qeyd etmişik. Və biz bu ölkələrlə aramızdakı tərəfdaşlığa çox böyük önəm veririk. Əsasən də bu tərəfdaşlıq proqramı çərçivəsində narkotik qaçaqmalçılığı ilə mübarizənin çox səmərəli şəkildə aparıldığını qeyd edə bilərəm. Ona görə də biz bundan sonra da bu münasibətlərə xüsusi diqqət ayıracağıq», deyə baş katib bildirib. 

Dağlıq Qarabağ münaqişəsinin həllinə və NATO-nun bu istiqamətdə hansı töhfələri verə biləcəyinə dair suala cavab verən baş katib, NATO-nun bu münaqişənin həllində hansı rol oynaya biləcəyini anlamadığını söyləyib.  /

OXŞAR XƏBƏRLƏR