NATO-nun Liviyadakı hərbi əməliyyatları bu gecə bitir

NATO-nun Liviyadakı hərbi əməliyyatları bu gecə bitir
Bütün Xəbərlər
21:17 31.10.2011
1345
Liviadakı beynəlxalq hərbi əməliyyatlar bu gecə yerli saatla 23:59-da sona çatacaq.
AZXEBER.com Qərb mətbuatına istinadən xəbər verir ki, yeddi aydır davam edən əməliyyatların bitməsi haqda qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında  yekdilliklə qəbul edilib.
Şura mart ayında Müammər Qəaddafi hökümətinin nümayişçilərə qarşı hücum etdiyinə görə liviyalı vətəndaşları qorumaq məqsədilə əməliyyatlara başlamışdı.
NATO-nun baş katibi Anders Foq Rasmussen bunun təşkilatın tarixindəki ən müvəffəqiyyətli əməliyyatlardan biri olduğunu söyləyib: "Təşkilatımız bir qırğının qarşısını aldı və minlərlə vətəndaşı xilas etdi. Biz Liviya xalqının öz gələcəyini təyin etməsi üçün lazım olan şəraiti yaratdıq".
OXŞAR XƏBƏRLƏR