NATO Qəddafinin atəşkəs təklifini rədd etdi

Bütün Xəbərlər
14:36 30.04.2011
1322

AZXEBER.COM-un xəbərinə görə, adının açıqlamasını istəməyən NATO səlahiyyətlisi bu barədə məlumat verib. O bildirib ki, atəşkəs təklifini nəzərdən keçirmək üçün Qəddafi tərəfdarlarının vətəndaşları hədəf alan hücumlarına son qoyulmalıdır. NATO nümayəndəsinin sözlərinə görə, təmsil etdiyi təşkilat sözləri yox, edilən işləri görmək istəyir.

Xatırladaq ki, bu gün səhər saatlarında televiziyada çıxış edən Qəddafi NATO döyüş təyyarələrini dayandırarsa atəşkəs elan etməyə və müzakirələrə başlamağa hazır olduqlarını bəyan etmişdi. O, çıxışında ölkəni tərk etmək fikri olmadığını söyləyərək NATO hücumları dayandırarsa Liviya xalqının problemlərini özünün həll edə biləcəyini də vurğulamışdı.

 

OXŞAR XƏBƏRLƏR