NATO tədricən ABŞ kəşfiyyat təyyarələrindən imtina edir

NATO tədricən ABŞ kəşfiyyat təyyarələrindən imtina edir
DÜNYA
18:19 24.04.2026
327
NATO öz kəşfiyyat aviasiya parkını yeniləyərək ABŞ istehsalı olan sistemlərdən asılılığı azaltmağı planlaşdırır. 

Bu barədə DPA agentliyi alyansdakı mənbələrə istinadən məlumat yayıb.

Söhbət hazırda istifadə olunan AWACS sisteminin mərhələli şəkildə əvəzlənməsindən gedir. Bu təyyarələr "Boeing 707" platforması üzərində qurulub və bəzi nümunələri 40 ilə yaxın yaşı olan köhnəlmiş texnika hesab olunur. Onlar, xüsusilə Şərqi Avropada hava məkanına nəzarət üçün istifadə edilir.

Yeni planlara əsasən, NATO flotu Kanada istehsalı "Bombardier" təyyarələri və İsveçin "Saab" şirkətinin "GlobalEye" erkən xəbərdarlıq sistemləri ilə təchiz olunacaq.

Məlumata görə, alyans 12-yə qədər "Global 6000" və ya "Global 6500" təyyarəsi sifariş etməyi nəzərdən keçirir. Layihənin ümumi dəyəri bir neçə milyard dollar ola bilər. Son qərarın iyul ayında Ankarada keçiriləcək NATO sammitində verilməsi gözlənilir.

Daha əvvəl NATO ABŞ istehsalı "Boeing E-7A Wedgetail" təyyarələrini almağı planlaşdırsa da, ABŞ-ın proqramdan çıxması səbəbilə bu plan ləğv edilib. Məlumata görə, yeni layihənin maliyyələşdirilməsində ən böyük payı Almaniya götürə bilər.

Son günlər ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı sərt açıqlamalar verərək alyansı "kağız pələngi” adlandırıb və ABŞ-ın təşkilatdan çıxma ehtimalını istisna etməyib. Eyni zamanda ABŞ və Avropa ölkələri arasında, xüsusilə Yaxın Şərqdəki münaqişələr və Ukrayna müharibəsinə yanaşma ilə bağlı fikir ayrılıqları artır.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”