NATO Ukraynaya çoxmilyardlıq yardım vəd edib

NATO Ukraynaya çoxmilyardlıq yardım vəd edib
DÜNYA
03:35 16.04.2026
171
Şimali Atlantika Alyansı (NATO) 2026-cı ildə Ukraynaya 60 milyard dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır.

AZXEBER.COM Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib.

"Biz Ukraynaya lazım olan dəstəyi təmin etməliyik. Bütün müttəfiqlər bu il təhlükəsizlik və müdafiə sahəsində 60 milyard dollar hədəfinə çatmaq üçün investisiyaları artırmalıdır", - deyə o qeyd edib.

Rütte vurğulayıb ki, Kiyevə dəstək hazırda hər zamankından daha vacibdir və əlavə edib ki, yük böyük olsa da, çox az ölkə onu çiynində daşıyır.
OXŞAR XƏBƏRLƏR