Navai Qazaxıstandan deportasiya olundu

Navai Qazaxıstandan deportasiya olundu
SOSİAL
12:47 20.10.2026
174
Azərbaycan əsilli rusiyalı reper Navai (Nəvai Bəkirov) Qazaxıstandan deportasiya olunub.

Narkotik qaçaqmalçılığı ittihamı ilə Qırğızıstan-Qazaxıstan sərhədində saxlanılan Navai bir neçə gün istintaq təcridxanasında saxlanılandan sonra sərbəst buraxılıb.

Bəkirova qarşı qaldırılan cinayət iş dayandırılıb və o, ölkədən çıxarılıb.

Qazaxıstanın Zakon nəşrinin məlumatına görə, Bəkirova qarşı narkotik qaçaqmalçılığı cəhdi ilə bağlı qaldırılan cinayət işi "ilk dəfə cinayət törətdiyi və fəal peşmançılıq göstərdiyi nəzərə alınmaqla, reabilitasiya olunmayan əsaslarla" dayandırılıb.

Qeyd edək ki, Bəkirov 13 oktyabrda Qazaxıstana daxil olarkən Qırğızıstanla sərhəddəki keçid məntəqəsində avtomobilində narkotik tapıldıqdan sonra saxlanılıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR