Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb

İQTİSADİYYAT
20:10 12.04.2021
411
2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında (MR) sənaye istehsalının həcmi 257,037 milyon manat təşkil edib.

Trend bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.
 
Qeyd edək ki, 2020-ci ildə Naxçıvan MR-da sənaye istehsalı 1,04 milyard manat olub.

OXŞAR XƏBƏRLƏR