Naxçıvanda da zəlzələ oldu

Naxçıvanda da zəlzələ oldu
Bütün Xəbərlər
23:27 23.10.2011
1713

Türkiyədə baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub.

AMEA Respublika Seysmoloji Mərkəzindən APA-ya verilən məlumata görə, oktyabrın 23-də yerli vaxtla 15:41-də (Bakı vaxtı ilə 17.41) Türkiyə ərazisində, Naxçıvandan 198 km cənubi-qərbdə Van gölü ətrafında zəlzələ qeydə alınıb.

Episentrdə zəlzələnin gücü 7,2 bal olub. Zəlzələ Azərbaycanın bölgələrində - Sədərəkdə, Şərurda, Naxçıvanda, Babəkdə 3.5 – 3.0 bal gücündə hiss edilib.
OXŞAR XƏBƏRLƏR