Naxçıvanda hərbi avtomobil dağdan aşdı: 1 ölü, 9 yaralı
Bütün Xəbərlər
23:26 12.10.2011
1948
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında Babək rayonu ərazisində aşan hərbi maşında dünyasını dəyişən əsgər 1992-ci il təvəllüdlü Ağamirzə Mirzəyevdir. O, Hacıqabul rayon HərbiKomissarlığından hərbi xidmətə çağırılıb. Xəsarət alan 9 əsgərin vəziyyəti isə normaldır. *** 2011-10-11 20:25 Bu gün axşam saatlarında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Resbuplikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil dağdan aşıb. Hərbi mənbələrdən Trend-ə verilən məlumata görə, qəza zamanı avtomobildə olan əsgərlərdən biri ölüb, 9 əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəza əsgərləri daşıyan maşın təlimdən qayıdarkən baş verib.