Nazarbayev İrana qarşı hərbi əməliyyatların əleyhinədir

Nazarbayev İrana qarşı hərbi əməliyyatların əleyhinədir
Bütün Xəbərlər
16:09 20.11.2011
1327
"İran rəhbərliyi nüvə proqramını sülh məqsədilə davam etdirir, ancaq bəzi ölkələr İrana qarşı ikili standart tətbiq edirlər". Azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
İranı müdafiə edən Nazarbayev nüvə silahına sahib olan ölkələrin İranın nüvə istehsalından narahat olmalarının inandırıcı görünmədiyini də bildirib.
Beynəlxalq platformalarda İrana tətbiq olunan sanksiyaların kifayət qədər olduğunu deyən Nazarbayev müzakirələrin diplomatik çərçivələrdə aparılmasının vacibliyindən danışaraq  hərbi əməliyyatlar başladılmasının əleyhinə olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR