Nazir: «Dövlət büdcəsinin artırılması müəyyən inflyasiya riskləri yaradır»

Nazir: «Dövlət büdcəsinin artırılması müəyyən inflyasiya riskləri yaradır»
Bütün Xəbərlər
06:30 01.06.2011
1833

Bunu «APA»ya Azərbaycanın Maliyyə naziriSamir Şərifov bildirib.

«Azərbaycan Mərkəzi Bankı ilə birlikdə inflyasiya meyllərini, inflyasiyanı cilovlamaq istiqamətində əməli tədbirlər keçirəcəyik ki, inflyasiyanın səviyyəsi yüksək olmasın».

2011-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 9% təşkil edib.

Mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 milyard 554.2 mln. manata qədər, xərclər isə 25% və ya 15 milyard 941.2 mln. manatadək artırılıb.

 

OXŞAR XƏBƏRLƏR