Azərbaycanın mobil rabitə operatorları olan "Azercell" və "Bakcell" şirkətlərinə şəbəkələrinin 3G xidmətlərinin göstərilməsinə hazırlanması üzrə işləri başa çatdırmaq tapşırılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Abbasov deyib ki, yaxın vaxtlarda bu operatorlar 3G - üçüncü nəsil şəbəkəsinin yerləşdirilməsi üzrə lisenziya alacaqlar.
Hazırda Azərbaycanda yalnız bir operator - "Azerfon" 3G xidmətləri göstərir.