Nazir əhalinin gəlirlərindən danışdı

Nazir əhalinin gəlirlərindən danışdı
İQTİSADİYYAT
10:52 17.04.2012
2807
Bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunub, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil edib, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artıb.
AZXEBER.COM-un məlumatına görə, bunu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin dünən keçirilən iclasında vergilər naziri Fazil Məmmədov deyib. Nazirin sözlərinə görə, milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olub.F. Məmmədov əlavə edib ki, vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir: “Artıq Bakı şəhərində posterminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın 15-20 gün ərzində posterminalların quraşdırılması başa çatdırılacaq. Beləliklə, 6-10 min arası əlavə posterminal fəaliyyət göstərəcək.Nazirlər Kabinetinin yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında müvafiq Qərarının icrası ilə əlaqədar çek vurulmadan neft məhsullarının və maye qazın buraxılmasını istisna edən nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb, artıq mövcud yanacaqdoldurma məntəqələrinin 67,8 faizində bu tipli aparatların quraşdırılması təmin edilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
15:46 12.11.2026
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
15:38 12.11.2026
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi