Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı səfiri Debnat Şounu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüş zamanı D.Şou ölkəmizdə işlədiyi dövrdə Hindistan ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.18