Azərbaycan müdafiə naziri İsrailin Azərbaycandakı səfirini qəbul edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.